REGİONLAR


Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar

Sumqayıt, 3 mart, Ə.Rzayeva, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün media-tur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Artıq yüksək texnologiyalı protezlə təminata başlanılıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib.

Media nümayəndələri Sumqayıt Reabilitasiya Mərkəzində qazilərimizlə bağlı aparılan reabilitasiya işlərini izləyiblər.

Müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq edilir. Onlara sosial-psixoloji xidmətlər də göstərilir.

Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir.

Məlumat üçün bildirək ki, 2019-2020-ci illərdə Yevlax və Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib. Cari ildə isə Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya mərkəzlərinin açılması planlaşdırılıb.

Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.