Media rəhbərlərinin biznes subyektləri ilə bir platformada görüşləri təşkil olunacaq
AzerTAg.az

Bakı, 6 fevral, AZƏRTAC
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul edildikdən sonra medianın maliyyə sahəsində şəffaflanmasına, eləcə də reklam bazarında canlanmaya şərait yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov söyləyib.
“Agentliyin biznes subyektləri və sahibkarlarla görüşü nəzərdə tutulur. Biz çalışacağıq ki, bu görüşdə sahibkarlarımızın, biznes subyektlərimizin reklama dəstək verməsi üçün onlara nə lazımdırsa, qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilərsə onu müzakirə edək”, - deyə Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, Agentlik media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil etmək istəyir. Bu görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr aparılacaq.
Xəbərin mətnində orfoqrafik səhv var