CƏMİYYƏT


Media savadlılığı çaşdırıcı məlumatlarla mübarizədə vacib rol oynayır

Media savadlılığı çaşdırıcı məlumatlarla mübarizədə vacib rol oynayır

Bakı, 9 dekabr, AZƏRTAC

Media savadlılığı cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparılmasında vacib rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında deyib.

Ə.İsmayılov bildirib ki, Azərbaycanın media mühitinin sağlamlaşdırılmasında mühüm əhəmiyyət kəsb edən amillərdən biri də bu ilin fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanunda ilk dəfə olaraq media savadlılığına anlayış verilmiş və bu istiqamətdə sistemli fəaliyyətin göstərilməsi media ictimaiyyəti ilə yanaşı dövlətin də vəzifəsi olaraq müəyyənləşdirilib. “Qanuna görə, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin görülməsi MEDİA-nın səlahiyyəti və vəzifəsi olaraq təsbit edilmişdir. Qeyd olunan vəzifənin icrası istiqamətində əhatəli araşdırma aparılmış, beynəlxalq təcrübənin tətbiqi imkanları öyrənilmiş, təhlillərin nəticələrinə uyğun olaraq daxili informasiya mühitinin xarakterik cəhətləri nəzərə alınmaqla yerli proqram layihəsi hazırlanmışdır”, - deyə Ə.İsmayılov qeyd edib.

Vurğulanıb ki, media savadlılığının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.