İQTİSADİYYAT


Media subeyktlərinə hansı güzəştlər verilib?

Media subeyktlərinə hansı güzəştlər verilib?

Bakı, 20 may, AZƏRTAC

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 7 mart tarixli Qanunla media subyektlərinə bir sıra vergi güzəşt və azadolmaları verilib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, media subyektlərinin öz fəaliyyətlərindən reklam gəlirləri də daxil olmaqla əldə etdikləri gəlirlər və Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə fiziki şəxslərin gəlir vergisindən, hüquqi şəxslərin mənfəət vergisindən və sadələşdirilmiş vergidən azaddır.

Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də bu ildən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib. Media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2023-cü il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azaddır. Qeyd olunan güzəşt və azadolmalar audiovizual media subyektlərinə, yəni televiziya və radio yayımının, o cümlədən sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media subyektlərinə aid deyil. Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.