İQTİSADİYYAT


Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək

Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək

Bakı, 6 fevral, AZƏRTAC

Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında media subyektlərinə güzəştlərin tətbiqi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı söyləyib.

“Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyektlərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanunda nəzərdə tutulan vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”, - deyə deputat diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.