ELM VƏ TƏHSİL
“Media və təhsil dialoqu” təliminin ikinci günü
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi “Media və təhsil dialoqu” maarifləndirici təlimi davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Təlimin ikinci günü “Pandemiya dövründə təhsilin inkişafı və əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlər”, “Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil”, “2019-2023 Dövlət Proqramı” üzrə xaricdə doktorantura təhsili”, “Peşə təhsili”, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması”, “Məktəbdə inspeksiyaların aparılması”, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri”, “İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər”, “Məktəblinin dostu” layihəsi 2021-2022-ci tədris ilində” mövzularında təqdimatlar olacaq.