ELM VƏ TƏHSİL


“Mediada islahatlara doğru” mövzusunda seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

Bakı, 17 iyul, AZƏRTAC

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək “Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə iyulun 14-də bağlanış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən silsilə seminarların növbəti mərhələsinin təşkil ediləcəyini bildirib. Prorektor qeyd edib ki, sözügedən seminarların təşkili istər rəqəmsal, istərsə də ənənəvi mediada yeni dövrün başlanğıcı kimi qəbul edilə bilər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin mediada sağlam mühitin qurulmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, ümumilikdə, media savadlılığının təmin edilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva təqdimatla çıxış edərək bildirib ki, biliyə və səriştəyə əsaslanan seminar proqramını tədris edən təlimçilərin 60 faizi yerli, 40 faizi isə xarici mütəxəssislərdən ibarət olub.

ADA Universitetinin kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva jurnalistləri Azərbaycan cəmiyyətinin müəllimləri kimi qiymətləndirib, onlara bu missiyalarında uğurlar arzulayıb.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Xatırladaq ki, seminarlar çərçivəsində “Al-Jazeera” Media İnstitutundan Montaser Maray, Rəsul Sərdar və Rene Ode, eləcə də “Haber Global”dan Can Mumay mühazirələrlə çıxış ediblər.

Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.