MƏDƏNİYYƏT
“Mediamız “Əkinçi”nin varisidir” adlı videoçarx hazırlanıb
Bakı, 22 iyul, AZƏRTAC
Suraxanı rayonu Heydər Əliyev Mərkəzi 22 iyul –Milli Mətbuat Günü münasibətilə “Mediamız “Əkinçi”nin varisidir” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx mərkəzin sosial hesabında təqdim edilib.
Videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında geniş məlumat verilib. Qeyd edilir ki, ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və “Əkinçi” qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.