CƏMİYYƏT


Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində təmsil olunub

Bakı, 18 may, AZƏRTAC

Mayın 16-17-də Avstriyanın paytaxtı Vyana şəhərində “Böhran dövrlərində demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü üzrə ikinci əlavə görüşü keçirilib.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildiriblər ki, ATƏT-in Polşa sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for Democratic Institutions and Human Rights (ODIHR) tərəfindən təşkil edilən görüşün üçüncü sessiyasında böhran dövrlərində media plüralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşları da iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.