CƏMİYYƏT


Medianın İnkişafı Agentliyində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Medianın İnkişafı Agentliyində (MEDİA) 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Agentliyinin kollektivi tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara dərin ehtiram ifadə olunub.

MEDİA-dan AZƏRTAC-a verilən məlumata görə, sonra çıxış edən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və dəmir iradəsi sayəsində rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. O, əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi yaratdığını qeyd edib, Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıqlarının mediada işıqlandırılmasına hər zaman diqqətlə yanaşıldığını bildirib. Onların göstərdikləri igidlik və şücaətin media vasitəsilə ictimaiyyətə çatdırılmasının uşaq və gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsində əhəmiyyətini vurğulayıb.

Tədbirdə Vətən müharibəsində iştirak etmiş Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubları keçdikləri döyüş yolundan bəhs edib, media nümayəndələri tərəfindən tarixi Zəfərimizə dair materialların hazırlanması və yayımlanmasının onlar üçün xüsusi mənəvi dəyərə malik olduğunu bildiriblər.

Digər çıxış edənlər tarixi torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anıb, onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.