CƏMİYYƏT


Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təşkil olunan təlimlərin birinci mərhələsi uğurla başa çatıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlim davam edir.

AZƏRTAC xəbər verir ki, MEDİA-nın inzibati binasında keçirilən təlimin Azərbaycan jurnalistlərinin birinci qrupu üçün təşkil olunan mərhələsi oktyabrın 6-da başa çatıb. Gün ərzində jurnalistlərə yaraların sarınması, insanların təhlükəli yerlərdən təxliyəsi qaydaları tədris olunub. Bundan sonra birinci qrupun üzvləri təlimlərdə yüksək fəallıq göstərdiyi üçün sertifikatlar təqdim edilib.

Ümumilikdə oktyabrın 8-dək davam edəcək təlimə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi iki qrupda qatılıb. Təlimdə AZƏRTAC-ın əməkdaşı da iştirak edir. İngilis dilində təşkil olunan təlimdə Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.

Təlimin birinci günündə iştirakçılar Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbin həyətində mina axtarışı üzrə praktiki dərsdə iştirak ediblər. Dərs zamanı media nümayəndələrinin mövzu ilə sualları cavablandırılıb, fikir mübadiləsi aparıb. İkinci gün isə jurnalistlərə minalar haqqında məlumat verilib. Həmçinin minaların gizlədildiyi yerlər, onların törətdiyi fəsadlar və mina hadisələri zamanı xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi barədə praktiki dərslər keçirilib.

Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.