İQTİSADİYYAT


Mediasiya Şurası ilə görüş olub

Bakı, 13 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura təşkilatlarla, ictimai birlik və assosiasiyalarla müxtəlif məsələlər üzrə müzakirələrini davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Şura üzvlərinin növbəti görüşü Mediasiya Şurası ilə təşkil olunub.

Tədbirdə İctimai Şuranın mediasiya prosesinin gələcək inkişafına dəstəyinin əhəmiyyəti vurğulanıb, bu sahədə uğurlu beynəlxalq təcrübənin tətbiqi barədə müzakirələr aparılıb. Görüşdə təklif və tövsiyələr dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.