DÜNYA
Mədinə şəhərində avtobus qəzasında 35 nəfər ölüb
Bakı, 17 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mədinə şəhərindən 170 kilometr aralıda yerləşən Hicrədə baş vermiş avtobus qəzasında 35 zəvvarın öldüyü, daha 4 nəfərin ağır yaralandığı bildirilir. AZƏRTAC rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, faciə qurbanları Böyük Britaniya və Asiya ölkələrinin vətəndaşlarıdır.
Mədinə polisinin məlumatında bildirilir ki, zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşaraq alovlanıb. Zəvvarlar bu şəhərdəki Məhəmməd Peyğəmbər məscidini ziyarətdən qayıdırmış. Yaralılar Mədinədəki Al Hamna hospitalına çatdırılıb. Polis ağır yol-nəqliyyat qəzası ilə bağlı təhqiqat aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]