CƏMİYYƏT


Məftun Abbasov: Altmış ölkədən gələn gənclərə erməni barbarlarının törətdikləri vandalizm haqqında məlumat verdik

Şuşa, 29 iyul, Elmir Səftərov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Qoşulmama Hərəkatının Gəclər Sammitinin keçirilməsi və burada 60 ölkədən gənclərin iştirak etməsi bizim üçün qürurvericidir. Biz gənclərə işğal dövründə erməni barbarlarının törətdiyi vandalizm, torpaqlarımız azad ediləndən sonra Şuşada aparılan yenidənqurma işləri, burada yeni məktəb, xəstəxana və sakinlər üçün tikilən binalar, görülən bərpa işləri, son il yarım ərzində mədəniyyət paytaxtında keçirilən tədbirlər haqqında ətraflı məlumat verdik.

Bunu AZƏRTAC-a müsahibəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərinə Şuşanın 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə isə Türk dövlətlərinin mədəniyyət paytaxtı seçilməsi barədə məlumat verilib.

“Şuşanın belə tədbirlər ev sahibliyi etməsindən məmnunuq”, - deyə M.Abbasov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.