CƏMİYYƏT


Məhbusun həbs edilməmişdən əvvəl yaşadığı evin həyətində torpağa basdırılmış tüfəng aşkarlanıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə altı il müddətinə azadlıqdan məhrum edilmiş Mahmudov Qılman Rüfət oğlunun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonunun Çardaxlar kəndindəki evin həyətində, ot tayasının altında torpağa basdırılmış tüfəng aşkarlanaraq götürülüb.

Fakt üzrə Zaqatala Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.