İQTİSADİYYAT


Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulub VİDEO

Bakı, 30 noyabr, AZƏRTAC

İyirmi mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, Bakıda uzunluğu 107,8 kilometr olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir. Həmin layihələrdən bir neçəsində işlər artıq yekunlaşıb.

“7,2 kilometr uzunluğunda olan Mehdiabad-Pirşağı avtomobil yolu əsaslı şəkildə təmir olunmadan istismar edildiyi üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə qeyd olunan problem artıq öz həllini tapıb. Layihə əsasında yolboyu tam yeni və müasir infrastruktur yaradılıb. Belə ki, avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə eni 7 metr olan yolun hərəkət hissəsinin 8-9 metrə qədər genişləndirilməsi işləri aparılıb”, - deyə A.Nəcəfli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.