CƏMİYYƏT


Mehdiabad qəsəbəsində ikimərtəbəli evdə yanğın baş verib

Bakı, 10 may, AZƏRTAC

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli səkkiz otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünün 150 kvadratmetri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.