Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışdan FOTOREPORTAJ
AzerTAg.az
Naxçıvan, 8 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında təşkil edilən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərinin sərgi-satışına muxtar respublikanın sakinləri böyük maraq göstərirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgi-satışda istedadlı qadınların, o cümlədən kənd yaşayış məntəqələrində yaşayan evdar xanımların, həmçinin Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsi tələbələrinin Texnologiya Mərkəzinin üzvlərinin, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənəcək.
Qeyd edək ki, martın 5-də açılış tədbiri keçirilən sərgi-satış 10 gün davam edəcək.




















Xəbərin mətnində orfoqrafik səhv var