İDMAN
Məhəllələrarası mini futbol üzrə Bakı turnirinə yekun vurulub
Bakı, 27 oktyabr, AZƏRTAC
Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin meydançasında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məhəllələrarası mini futbol üzrə Bakı turnirinin final oyunları keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Baş İdarə tərəfindən 2007-2008-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda Səbail komandası birinci olub. Yasamal komandası ikinci, Nəsimi rayonu isə üçüncü olublar.
Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilib.
Mükafatçılara BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar, medallar və kubok təqdim olunub.