İQTİSADİYYAT


Məhəmməd Barkindo: Davamlı bazar sabitliyi üçün əməkdaşlıq və proaktiv iştirak vacibdir

Bakı, 5 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Davamlı bazar sabitliyi üçün əməkdaşlıq və proaktiv iştirak vacibdir.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, bu sözləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Moskvada keçirilən “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumun “Qlobal enerji 2035” adlı sessiyasında deyib.

OPEC-in baş katibi neft bazarında tarazlığın bərpa olunmasında “Əməkdaşlıq Bəyannaməsi”nin tarixi nailiyyətini xatırladıb, davamlı bazar sabitliyi üçün əməkdaşlıq və proaktiv iştirakın vacibliyini vurğulayıb.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.