İQTİSADİYYAT


Məhəmməd Barkindo: Karantin tədbirləri və COVID-19-a yoluxma sayındakı artım neft bazarına təsir edir

Bakı, 18 noyabr, AZƏRTAC

Karantin tədbirlərinin yenidən tətbiq olunması və COVID-19-a yoluxma sayındakı artım qlobal neft bazarının balanslaşdırılmasına təsir göstərməkdə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) videokonfrans formatında keçirilən 24-cü iclasında OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

M.Barkindo bildirib: “Fərqli istehsalçılar tərəfindən müxtəlif peyvəndlərin elan edilməsi ümidvericidir. OPEC və OPEC üzvü olmayan ölkələr COVID-19 pandemiyasının qlobal neft bazarına təsirini aradan qaldırmaq üçün bəzi müvəffəqiyyətlər qazanıb. Hazırda daha çox sayıqlıq göstərmək və qlobal neft bazarının davamlı izlənməsini davam etdirmək vacibdir. Qəbul olunan qərarların qlobal neft bazarında davamlı sabitli təmin etməsi üçün bazarın nə tələb etdiyini anlamalı və dəyişən bazar dinamikasına uyğunlaşmağa hazır olmaq lazımdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.