İQTİSADİYYAT


Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır

Bakı, 18 yanvar, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Bakıdakı iclaslarının martda keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

“Martın 17-18-də Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC), eləcə də Müştərək Texniki Komissiyanın (JTC) iclaslarının keçirilməsi planlaşdırılır”, - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, iclaslarda neft hasilatının azaldılmasına dair sazişə sadiqlik və bu razılaşmanın neft bazarına təsirləri müzakirə olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azaltmağa razılıq verib. Bu qərara əsasən, Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.