İQTİSADİYYAT


Məhəmməd Barkindo: OPEC ölkələri istehlakçıların tələbatını təmin etmək qabiliyyətindədir

Bakı, 11 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr istehlakçıların xam neft tələbatını təmin etmək qabiliyyətindədir və buna hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Londonda keçirilən 39-cu Neft və Maliyyə Konfransında deyib.

M.Barkindo OPEC-ə üzv ölkələrin tarixi “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirakçısı digər qeyri-OPEC ölkələri ilə birgə davamlı bazar sabitliyinə sadiqliyini vurğulayıb: “Bazarda balans formalaşıb və təchizat yaxşı səviyyədədir. OPEC-ə üzv ölkələr istehlakçıların neft tələbatını təmin etmək qabiliyyətindədir və buna hazırdır”.

“Gələcəkdə bütün enerji növlərinə tələbat olacaq. 2040-cı ilə qədər neft və təbii qazın qlobal enerji tələbatının 50 faizdən çoxunu təşkil edəcəyi gözlənilir. Gələcəkdə enerji tələbatını təmin etmək üçün daha təmiz və daha effektiv texnologiyalar tətbiq etmək, həmçinin də hərtərəfli və ayrı-seçkilik olmayan enerji siyasətlərini inkişaf etdirmək lazımdır”, - deyə OPEC-in baş katibi bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.