DÜNYA


Məhəmməd Cavad Zərif: İran ordusunun terror təşkilatları siyahısına salınması ABŞ üçün faciə ilə nəticələnəcək

Tehran, 8 aprel, AZƏRTAC

Rəsmi Vaşinqtonun İran İslam İnqilabının Keşikçiləri Korpusunu (Sepah) terrorçular siyahısına salması ABŞ üçün faciə ilə nəticələnəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Tvitter” səhifəsində yazıb.

Ötən həftə ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, İran İslam İnqilabının Keşikçiləri Korpusu dövlət departamentinin tərtib etdiyi terror təşkilatları siyahısına salınacaq və terrorçu təşkilat kimi tanınacaq.

Qeyd etmək lazımdır ki, İran silahlı qüvvələrinin əsasını təşkil edən “Sepah” peşəkar ordudur.

Nazir sosial şəbəkədəki hesabında onu da qeyd edib ki, İranda baş verən təbii fəlakətdən əziyyət çəkənlərə beynəlxalq humanitar yardımların çatdırılmasına mane olan Amerika yenə də beynəlxalq razılaşmaları ayaqları altında tapdalayır.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.