DÜNYA


Məhəmməd Cavad Zərif: Xəzəryanı dövlətlərlə münasibətlərin yaxşı olması İranın xarici siyasətinin prioritetidir

Tehran, 7 dekabr, AZƏRTAC

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində maraqlı status yazıb.

Nazir dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündən çəkilən fotonu paylaşaraq, “Əgər əllər çiyinə qoyulubsa, deməli, hər şey yaxşıdır. Xəzəryanı dövlətlərlə münasibətlərin yaxşı olması İranın xarici siyasətinin prioritetidir” sözlərini yazıb.

Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri İRNA agentliyinin fotomüxbirinin çəkdiyi fotonu yüksək qiymətləndiriblər.

Xatırladaq ki, dekabrın 5-də Moskvada Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan xarici işlər nazirlərinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın müzakirə olunması üçün 7-ci iclası keçirilib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.