İQTİSADİYYAT


Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə bəzi dəyişikliklər edilib

Bakı, 15 avqust, AZƏRTAC

Məhəmməd Hadi küçəsində yol hərəkətinin təhlükəsizliyinin artırılması, fövqəladə hallar zamanı operativ nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən yol infrastrukturunda bir sıra dəyişikliklər həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, nəzərdə tutulan işlər çərçivəsində Məhəmməd Hadi küçəsində layihələndirmə işləri aparılıb. Bu zaman müasir küçə dizaynının elementlərindən istifadə edilib. Əsas dəyişikliklər səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi vasitəsilə təşkil ediləcək ki, bunun da bir sıra üstünlükləri vardır. Bu üstünlüklər piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, ərazidə müşahidə edilən xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili, avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılmasıdır.

Qeyd edilib ki, işlərin bu ay ərzində yekunlaşması nəzərdə tutulub. Analoji tədbirlər yol infrastrukturunun imkan verdiyi digər küçələrdə də icra ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.