İDMAN


Məhəmməd Muradlı 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mübarizəyə başlayır

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi Məhəmməd Muradlı təmsil edir. Şahmatçımız yarışın start siyahısında 28-ci pillədə qərarlaşıb. M.Muradlının birinci turda rəqibi İsrail şahmatçısı Yoan Milikovdur.

On altı yaşlı şahmatçı bu il kişilər arasında Azərbaycan çempionatının qalibi olub.

Qeyd edək ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2003-cü və 2005-ci illərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.