İDMAN


Məhəmməd Muradlı “Paracin-2021” beynəlxalq şahmat turnirində vahid liderdir

Bakı, 16 iyul, AZƏRTAC

Serbiyanın Parasin şəhərində “Paracin-2021” beynəlxalq şahmat turniri keçirilir.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Ülvi Sadıxov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Gövhər Beydullayeva, Fərid Orucov və Ümid Aslanov təmsil edirlər.

Yarışın başa çatmasına bir tur qalıb. Səkkizinci turda təmsilçilərimizdən beynəlxalq usta Muradlı Məhəmməd Ermənistan şahmatçısı Mamikon Qaribyanı məğlub edərək aktivindəki xalların sayını 7-yə çatdırıb. Beləliklə, 8 turdan sonra M.Muradlı turnirin vahid lideridir. Həmçinin sonuncu turdan asılı olaraq Muradlının qrossmeyster balını toplamağa real imkanları var.

Əhməd Əhmədzadə və Misrətdin İsgəndərov isə 8 oyundan 6 xal toplayaraq 3-12-ci yerləri bölüşdürürlər. Eltac Səfərli 5,5 xal, Xəzər Babazadə, Aydın Süleymanlı və Read Səmədov isə 5 xal, Gövhər Beydullayeva və Ülvi Sadıqov 4 xal, Fərid Orucov 3,5 xal, Ümid Aslanov isə 3 xal toplayıblar.

Turnirdə 35 ölkədən 200-ə yaxın şahmatçı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.