İDMAN
Məhəmməd Salah İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı futbolçusu seçilib
Bakı, 4 fevral, Nicat Məmmədov, AZƏRTAC
“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah yanvarda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.
AZƏRTAC xəbər verir ki, 26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə David De Xea, Pol Poqba, Markus Raşford (hər üçü “Mançester Yunayted), Loroy Sane (“Mançester Siti”) və Troy Dinini (“Vatford”) qabaqlayıb.
Salah yanvarda “Mançester Siti”, “Lester Siti”, “Brayton” və “Kristal Palas”a qarşı oyunlarda meydana çıxıb. O, bu görüşlərdə 6 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə misirli futbolçu İngiltərə Premyer Liqasında 16 qolla bombardirlər cədvəlində liderliyini qoruyur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]