İDMAN


Məhəmməd Salah “Liverpul” ilə yeni müqavilə imzalayıb

Bakı, 4 iyul, AZƏRTAC

İngiltərənin “Liverpul” klubu misirli futbolçusu Məhəmməd Salah ilə yeni müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, 26 yaşlı futbolçu daha beş il “Liverpul” klubunun şərəfini qoruyacaq. Müqavilənin maliyyə tərəfləri də açıqlanıb.

Salahın həftəlik məvacibi 100 min funtdan 200 min funtadək artıb. Beləliklə, misirli futbolçu “Liverpul” klubunun tarixində ən çox qazanan oyunçu olub. Bununla belə, Məhəmməd Salah Premyer Liqada ən çox pul qazanan on futbolçu arasında səkkizinci yerdədir. O, David De Xeya (“Mançester Yunayted”) və Eden Hazardı (“Çelsi”) qabaqlayır. Aldıqları məvaciblərə görə, Məhəmməd Salahı İngiltərə Premyer Liqasında Serxio Aquyero (“Mançester Siti”, 220 min funt), Romelu Lukaku (“Mançester Yunayted”, 250min funt), Kevin De Brüyne (“Mançester Siti”, 280min funt), Pol Poqba (“Mançester Yunayted”, 290 min funt ), Mesut Özil (“Arsenal”, 300 min funt), Hari Keyn (“Tottenxem”, 300 min funt) və Aleksis Sançes (“Mançester Yunayted”, 350 min funt) qabaqlayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.