Məhəmməd Salah “Twitter” və “Instagram” səhifələrindəki hesablarını bağlayıb
AzerTAg.az
Bakı, 24 yanvar, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubunun misirli hücumçusu Məhəmməd Salah “Twitter” və “Instagram”dakı hesablarını bağlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 26 yaşlı hücumçu bir müddət əvvəl sosial şəbəkələrdə belə bir status paylaşmışdı: “2019-cu il real ünsiyyət qurmaq vaxtıdır”. O, bundan sonra həm “Facebook”da, həm də “Instagram”dakı hesablarını silib.
Futbolçunun bu addımı ictimaiyyət, o cümlədən onun azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Bəzi fikirlərə görə, buna səbəb hücumçunun Misir Futbol Federasiyası ilə münasibətlərinin korlanmasıdır. Digər fikirlərə görə isə, futbolçu sosial şəbəkələrdəki hesablarını bağlamaqla sadəcə məqsədlərindən birinə nail olub.

Xəbərin mətnində orfoqrafik səhv var