İDMAN


Məhəmməd Salah karyerasını “Yuventus”da davam etdirə bilər

Qahirə, 12 fevral, AZƏRTAC

İngiltərənin “Liverpul” komandasının misirli hücumçusu Məhəmməd Salah karyerasını “Yuventus” klubunda davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, misirli yarımmüdafiəçinin transferi 200 milyon avro məbləğində qiymətləndirilir. Məhəmməd Salahın argentinalı Paulo Dibalanı əvəzləyə biləcəyi qeyd olunur. Daha əvvəl Paulo Dibala ilə baş məşqçi Massimiliano Alleqri arasında gərginliyin baş verdiyinə dair xəbərlər yayılmışdı.

Turinlilərin italiyalı hücumçusu Kriştiano Ronaldo isə Məhəmməd Salahın transferi barədə müzakirələri müsbət qarşılayıb.

Məhəmməd Salah cari mövsümdə Premyer Liqada 26 qarşılaşmada 17 qol vurub və 7 məhsuldar ötürmə edib. O, “Mançester Siti”nin futbolçusu Serxio Aquero ilə birlikdə bombardirlər siyahısına başçılıq edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.