CƏMİYYƏT


Məhəmməd Şəriətmədari: İran Azərbaycanla bütün sahələr üzrə əlaqələri genişləndirməkdə maraqlıdır

Tehran, 12 oktyabr, AZƏRTAC

İran ilə Azərbaycan əczaçılıq sahəsində əlaqələrini daha da genişləndirə bilərlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Kooperasiya, Əmək və Sosial Rifah naziri Məhəmməd Şəriətmədari deyib.

O bildirib ki, bu sahədə artıq ilk layihə həyata keçirilir. Bakının Pirallahı rayonunda əczaçılıq zavodunun tikilməsi qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda, bu zavod səhiyyə sisteminin dərman tələbatını ödəyəcək.

M.Şəriətmədari deyib ki, İranın dərmana olan tələbatının 30 faizi Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin nəzdində fəaliyyət göstərən dərman zavodları tərəfindən istehsal edilir. Onun sözlərinə görə, nazirliyin tabeliyində bir sıra dərman zavodları var. Bu zavodlar Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edə bilərlər.

Nazir, həmçinin nəzərə çatdırıb ki, İran Azərbaycanı dost və qardaş dövlət hesab edir və bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.