ELM VƏ TƏHSİL


Məhəmməd Şərif: BDU ilə ICESCO-nun əməkdaşlıq perspektivləri parlaqdır

Bakı, 29 sentyabr, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransla bağlı təəssüratlarını bölüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Məhəmməd Şərif qeyd edib ki, konfransda kimya elminin müxtəlif aspektlərinə və aktual problemlərinin həllinə dair məruzələr dinlənilir. “Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə təcrübə mübadiləsi aparılacaq. Hər şey möhtəşəmdir. Konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminəm”, - deyə Məhəmməd Şərif bildirib.

O vurğulayıb ki, BDU ilə ICESCO arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. BDU-da elmi texnologiya əsaslı ICESCO-nun Biotibbi materiallar kafedrası fəaliyyət göstərir. Həmçinin ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” adlı beynəlxalq seminarı da BDU-da keçirilib. BDU ilə ICESCO-nun gələcək əməkdaşlıq perspektivləri də parlaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.