İDMAN
Məhəmmədrəsul Məcidov: Əsas məqsədim IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaqdır
Bakı, 13 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında əsas hədəfim çempion olub Azərbaycana qızıl medal qazandırmaqdır.
Bunu Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov AZƏRTAC-a müsahibəsində deyib.
IV İslam Həmrəyliyi Oyunlarında 91 kiloqramdan yuxarı çəki dərəcəsində Qazaxıstan təmsilçisi Nurlan Saparbayev üzərində qələbə qazanaraq dörddəbir finala yüksələn M.Məcidov zədəli olmasına baxmayaraq, yarışa yaxşı hazırlaşdığını deyib: “Mən bu mötəbər yarışa yaxşı hazırlaşmışam. Lakin çox təəssüf ki, zədəm var. Növbəti rəqibimin kim olacağını bilmirəm. Əminəm ki, növbəti döyüşdə də qalib gələcəyəm. Hədəfim Azərbaycana qızıl medal qazandırmaqdır. Azərbaycanı təmsil etməyimlə qürur duyuram”.