DÜNYA


Məhkəmə Çexiyanın Baş nazirini qalmaqallı təşkilatdan üzr istəməkdən azad edib

Praqa, 26 iyul, AZƏRTAC

Mərkəzi Çexiya Diyar Məhkəməsi ölkənin Baş naziri Andrey Babişi qalmaqallı “Transparency International” təşkilatından üzr istəməkdən azad etmək barədə əvvəlki qərarını bir daha təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, nəzəri cəhətdən bu qərardan şikayət verilə bilməsinə baxmayaraq, praktiki baxımdan onu qəti qərar hesab etmək olar.

Xatırladaq ki, bu yaxınlarda Babiş “Transparency International” təşkilatını korrupsiyaya qurşanmış təşkilat adlandırıb. Baş nazir özünün sonrakı bir neçə müsahibəsində də bu fikrini təkrarlayıb.

Hakim qəti qərar çıxararkən onu belə izah edib ki, Nazirlər Kabineti rəhbərinin həmin sözləri bir sıra başqa ölkələrdə bədnam ad çıxarmış bu təşkilat tərəfindən əsassız tənqidə cavab reaksiyası olub və ümumi kontekstdə deyilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.