DÜNYA


Məhkəmə Ermənistanın keçmiş prezidentinin ölkədən çıxmasına icazə vermədi 

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Ermənistan məhkəməsi keçmiş prezident, müxalif “Ermənistan” Alyansının sədri Robert Koçaryanın ölkədən çıxmasına icazə verməyib.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, R.Koçaryan bir həftə əvvəl Rusiyanın hakim Vahid Rusiya Partiyası tərəfindən Moskvaya dəvət olunub.

Mətbuat yazır ki, Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya dəvət edib.

Lakin birinci instansiya məhkəməsi Koçaryanın ölkədən getməsinə razılıq verməyib.

R.Koçaryan haqqında məhkəmənin daha sərt qərar qəbul edəcəyi və onun həbs olunacağı barədə məlumatlar var.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.