DÜNYA


Məhkəmə Pakistanın sabiq Baş naziri İmran Xanın həbsini təxirə salıb

Məhkəmə Pakistanın sabiq Baş naziri İmran Xanın həbsini təxirə salıb

Bakı, 23 may, AZƏRTAC

İslamabadın Apellyasiya Məhkəməsi Pakistanın sabiq Baş naziri, “Ədalət naminə hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verilən orderin qüvvəsini iyunun 8-dək dayandırıb.

AZƏRTAC “Dawn” qəzetinə istinadla xəbər verir ki, İmran Xan məhkəməyə gələrək azad olunması üçün girov ödəyib. Özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək onları siyasi sifariş adlandıran sabiq Baş nazir tərəfdarlarını dinc etiraz aksiyalarına səsləyib.

İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb.

Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.