Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur VİDEO

Bakı, 19 noyabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə silsilə tədbirlər təşkil edilib. Məhkəmə-hüquq sistemində aparılan islahatların cəmiyyətdə böyük maraq doğurduğu nəzərə alınaraq bayram ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə “Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən tədbir dövlətimizin başçısının açılışını etdiyi müasir binasının istifadəyə verilməsinin 10 illiyi ilə əlamətdardır. Dünya Bankının vətəndaşlara daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsi nominasiyalarının qalibi olmuş ən uğurlu layihəsi çərçivəsində inşa olunmuş məhkəmə binası bu gün də müasirliyini qoruyur. Təsadüfi deyil ki, Dünya Bankı binanın səliqə-sahmanla istismar olunmasını, yaradılmış yüksək şəraitin bütün istifadəçilərdə, o cümlədən məhkəmələrə gələn vətəndaşlarda məmnunluq doğurmasını yüksək qiymətləndirib.

Konfransda Ədliyyə Nazirliyinin rəhbərliyi və məsul işçiləri, Milli Məclisin aidiyyəti komitələrinin sədrləri və üzvləri, Prezident Administrasiyasının məsul təmsilçisi, Məhkəmə-Hüquq Şurası Aparatının, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbər vəzifəli şəxsləri, hakimlər və hakimliyə namizədlər, ali təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, gənclər və media mənsubları iştirak ediblər.

Tədbirin açılışında ədliyyə nazirinin müavini Toğrul Musayev və Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək tədbirin qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və vətəndaş cəmiyyəti institutları arasında səmərəli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təzahürü olduğunu vurğulayıblar. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının mərkəzində ədalət mühakiməsinə və ədliyyəyə əlçatanlığın təmini, vətəndaş məmnunluğunun artırılması və şəffaflıq prinsipləri dayanır. Təkcə son 10 ildə məhkəmə-hüquq islahatlarının bu istiqamətdə davamlılığını təmin edən 300-ə yaxın qanun, fərman və qərar qəbul olunub.

Sonra ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalara dair videoçarx nümayiş etdirilib. Təqdimatda vətəndaşların əlçatanlığının asanlaşdırılması məqsədilə qanunvericilik aktlarını mobil qaydada dərhal əldə etməyə imkan verən mobil “E-qanun” tətbiqi, həmçinin “Elektron məhkəmə” və “Elektron notariat” informasiya sistemlərinin növbəti innovativ imkanları barədə məlumat səsləndirilib.

Tədbirdə ədliyyə və məhkəmə-hüquq sistemində islahatlara, dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı görülən işlərə, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təkmilləşdirilməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində məhkəmə qərarlarının icrasının təmin olunması, innovasiyaların tətbiqinin əhəmiyyəti ilə bağlı çıxışlar dinlənilib.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə aparılan islahatların əsas hədəfi vətəndaşdır, insanların rahatlığı, onlara əlverişli şəraitin yaradılması, keyfiyyətli xidmətin göstərilməsidir.

Ədliyyə fəaliyyətinin rəqəmsallaşdırılması, o cümlədən Nazirlik tərəfindən aparılan və bütün ölkəni əhatə edən elektron ədliyyə və məhkəmə informasiya sistemlərinin fəaliyyəti bu məqsədlərə yönəlib.

Dövlət başçısının “yol xəritəsi” olan 3 aprel 2019-cu il tarixli Fərmanın icrası çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb, çoxsaylı qanun layihələri hazırlanaraq ölkə Prezidentinin təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul olunub.

Eyni zamanda, məhkəmə infrastrukturunun müasirləşdirilməsi ilə bağlı görülən tədbirlərin, 30-dək məhkəmə üçün yüksək beynəlxalq standartlara uyğun inşa olunmuş “hi-tech” bina və komplekslərin istifadəyə verilməsinin vətəndaşların rahatlığına və əlçatanlığına xidmət etdiyi bildirilib.

Bildirilib ki, qeyd olunan Fərmanın icrası çərçivəsində, həmçinin məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının fəaliyyəti təkmilləşdirilib, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni Qaydalar qəbul olunub, Fərmanla ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi məqsədilə seçim prosesi fasiləsiz aparılaraq, davamlı müsabiqələr keçirilir.

Bununla yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası, bu sahədə iş yükünün ilbəil artması nəzərə alınaraq nazirliyin icra xidmət fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı görülən tədbirlər, o cümlədən bu sahədə qanunvericiliyin təkmilləşdirilərək İcra Məcəlləsinin hazırlandığı, alternativ icra mexanizmlərinin tətbiqi və s. barədə məlumat verilib.

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc məhkəmə-hüquq islahatlarının, dövlət-vətəndaş münasibətlərinin ictimai rəyi formalaşdırdığını, aparılan məmnunluq sorğularının fəaliyyətin düzgün və dolğun qiymətləndirilməsinə və təkmilləşdirilməsinə imkan verdiyini qeyd edib, məhkəmə hakimiyyətinin, hakimin nüfuzunun ictimai etimada əsaslandığını vurğulayıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Maraqlı və səmimi şəraitdə keçən müzakirələrdə çıxış edən digər deputatlar Qüdrət Həsənquliyev və Fazil Mustafa ədliyyə və məhkəmə sahəsində böyük ictimai əhəmiyyət kəsb edən yenilikləri məmnunluqla qeyd ediblər. Bildiriblər ki, son illər ədliyyə sistemində çox uğurlu işlər görülür, Ədliyyə Nazirliyi ictimaiyyət və vətəndaş cəmiyyəti institutları ilə ən sıx və çevik kommunikasiya həyata keçirən qurum olaraq reallaşdırılan tədbirlərlə bağlı mütəmadi ictimai müzakirələr keçirir. Bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi əhəmiyyətlidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov son illər məhkəmə-hüquq sisteminin müasirləşdiyini, şəffaflığın artdığını bildirib, Ədliyyə Nazirliyi ilə birgə əməkdaşlıqda keçirilən tədbirlərə, davamlı pulsuz hüquqi yardım aksiyalarının təşkilinə toxunub.

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə çox sıx əməkdaşlıq edilərək bu ərəfədə hüquqşünas tələbələr üçün ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə tanışlıq turlarının keçirildiyini və bunun tələbələrin nəzəri və praktiki cəhətdən biliklərinin artırılmasına xidmət etdiyini qeyd edib.

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri Əliməmməd Nuriyev, Rauf Zeyni, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı Ədliyyə Nazirliyinin ölkədə ictimai iştirakçılığı ilk təmin edən qurum olaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlığa daim xüsusi önəm verdiyini bildirib, tədbirin ictimai əhəmiyyətini qeyd ediblər.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz rəqəmsal transformasiya sahəsində nazirlik tərəfindən görülən işləri təqdir edərək əhaliyə təqdim olunan innovasiyaların, həmçinin qanunvericiliyin təkmilləşdirilməsini şərtləndirdiyini vurğulayıb.

Müzakirələr zamanı, həmçinin bır sıra təkliflər irəli sürülərək faydalı fikir mübadiləsi aparılıb.

Məhkəmə-hüquq islahatlarının əsas məqsədi ictimai etimad və vətəndaş məmnunluğudur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI