DÜNYA


Məhkəmə keçmiş prezident Viktor Yanukoviçin ətrafındakı adamların pulları üzərinə həbs qoyub

Kiyev, 17 yanvar, AZƏRTAC

İstintaq hakimi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin ətrafındakı adamların “Beynəlxalq İnvestisiya Bankı”ndakı 247 milyon qrivna məbləğində pulu üzərinə həbs qoyub.

AZƏRTAC Ukrayna baş prokuroru ofisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu tədbir Viktor Yanukoviçin ətrafındakı adamların maliyyə əməliyyatları üzrə gəlirlərinin “yuyulması” barədə cinayət işi çərçivəsində həyata keçirilib.

Bundan əlavə, “Ümumukrayna İnkişaf Bankı” Publik Səhmdar Cəmiyyətinin vəsaitlərinin “Beynəlxalq İnvestisiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin hesablarında saxlanmasının qanuni olub-olmaması məsələsi öyrənilir, bu işdə əli olan şəxslər müəyyən edilir.

Baş prokurorun ofisində daha sonra bildiriblər ki, təqribən 84 milyon dollar məbləğində maliyyə əməliyyatları üzrə qeyri-qanuni gəlirlərin leqallaşdırılmasında əli olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün istintaq hərəkətləri aparılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.