SİYASƏT


Məhkəmə nümayəndələri Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər

Bakı, 25 aprel, AZƏRTAC 

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Tərtər Hərbi Məhkəməsinin, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonda qonaqlar hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.