Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər görülür

Məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər görülür

Bakı, 2 avqust, AZƏRTAC

Ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan və icrası məcburi xarakter daşıyan məhkəmə qərarlarının və digər orqanların aktlarının sayı ilbəil artmaqdadır. Təkcə bu ilin altı ayı ərzində ölkə üzrə icra ediləcək işlərin sayı 19 faiz çoxalaraq 850 mini ötüb. Həmin sənədlərin icrasının ölkə əhalisinin böyük bir hissəsini əhatə etməsi onların icrasının əhəmiyyətini xeyli artırır. İcra fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən icra xidmətinin strukturu təkmilləşdirilib və maddi-texniki bazası möhkəmləndirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə nazirlikdə icra xidmətinin rəhbərliyinin və məsul işçilərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Eldar Nuriyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisini, məhkəmə-hüquq sahəsində aparılan uğurlu islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən qərarların icrası işinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirləri vurğulayıb.

Nazirliyin İcra baş idarəsinin rəisi – baş icra məmuru İlqar Cəfərov məruzə ilə çıxış edərək xidmətin icraatında böyük iş yükünün olması ilə əlaqədar qərarların icrası sahəsində işlərin yaxşılaşdırılması ilə bağlı təsirli tədbirlərin görüldüyünü, qanunvericiliyin təkmilləşdirildiyini, icra məmurlarının səlahiyyətlərinin genişləndirildiyini, bu sahədə yeni müasir mexanizmlərin tətbiqini qeyd edib.

Həmçinin icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunmasında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli rol oynadığı, artıq beş ildir fəaliyyət göstərən “Elektron icra” informasiya sisteminin işin səmərəliliyini xeyli artırdığı, bu sistemin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması, bununla əlavə vaxt itkisinin qarşısının alınmasına müsbət təsir göstərdiyi bildirilib.

Müşavirədə qeyd olunub ki, vətəndaşlara tərəf olduqları icra işlərinin gedişatının izlənilməsi, görülən icra tədbirləri barədə məlumatların əldə olunması, borclu şəxslərə aliment və digər icra ödənişlərinin onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, “elektron ədliyyə” köşkü vasitəsilə borc ödənilməklə ölkədən getmək hüququna məhdudiyyətin avtomatlaşdırılmış qaydada götürülməsi imkanının yaradılması insanların rahatlığına xidmət edir. Təkcə cari ildə nazirliyin “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məlumatın verilməsi” elektron xidmətindən bəhrələnənlərin sayı 115 minə qədər çatıb.

Həmçinin bildirilib ki, icra sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı zəruri işlər görülüb, Azərbaycan Respublikasının İcra Məcəlləsinin layihəsi üzərində iş başa çatdırılıb.

İcra sahəsində görülən təsirli tədbirlər nəticəsində icrası təmin edilmiş icra işlərinin sayında artım müşahidə olunur. Belə ki, cari ilin birinci yarısında icrası təmin olunan və davam etdirilən icra sənədlərinin sayı 13 faizdən çox artaraq 350 minə çatıb. Eyni zamanda, icraatda olan hər 8 işdən biri uşaqların birbaşa hüquqlarına toxunan və icrası davam edən kateqoriyaya aid olan aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib.

Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib.

Valideynlik hüququndan istifadə – uşaqla ünsiyyətdə olma tələbinə dair 6700-dən çox icra işinin icrası mütəmadi təmin edilib, indiki pandemiya şəraiti ilə əlaqədar vətəndaşlara həmçinin videokonfrans formatında görüş imkanı yaradılıb.

Tədbirdə icra işlərinin vaxtında təmin olunması üçün icra qurumları tərəfindən mütəmadi olaraq zəruri icra tədbirlərinin görüldüyü, bununla belə borclular tərəfindən icradan qərəzli boyun qaçırıldığı, bəzən aliment işləri üzrə ödəmələrin aparılmasına laqeyd yanaşıldığı qeyd edilib. Bununla əlaqədar KİV-in imkanlarından geniş istifadə olunmaqla borclular tərəfindən qərarlarının icrasının labüdlüyü, bütövlükdə icra fəaliyyəti barədə mütəmadi maarifləndirmə işlərinin aparıldığı bildirilib.

Qeyd olunub ki, bununla yanaşı, icradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib. Cari ildə belə hallara yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar qeyd edilib, bununla bağlı nazirliyin məsul işçiləri dinlənilib, problemləri doğuran səbəb və şərait təhlil olunmaqla onların aradan qaldırılması yolları müzakirə edilib. Vətəndaşlardan daxil olan, o cümlədən qaynar xətlərə edilən haqlı şikayətlərin narahatlıq doğurduğu bildirilərək bu işə diqqətin artırılması ilə bağlı tədbirlər müəyyən edilib.

Müşavirəyə yekun vuran nazir müavini E.Nuriyev icra xidmətinin işinin dövlətimizin başçısının tələblərinə uyğun təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun yüksəldilməsinin, qanunvericiliyin tələblərinə, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, insanların məhkəmə qərarlarının icrasına geniş təşviq olunması və digər məsələlərlə bağlı konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur