Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 569; 2001, № 12, maddə 736; 2005, № 8, maddə 692; 2006, № 11, maddə 928; 2007, № 6, maddə 560; 2008, № 8, maddə 695, № 11, maddə 960; 2009, № 12, maddə 966; 2013, № 4, maddə 357; 2014, № 1, maddə 8, № 4, maddə 337; 2015, № 2, maddə 75, № 3, maddə 251; 2020, № 7, maddə 827; 2021, № 8, maddə 897, № 12, maddə 1318) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-1.2.1 və 4-2.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin