CƏMİYYƏT


Məhkumlar arasında intellektual oyun

Bakı, 20 sentyabr, AZƏRTAC

Qaradağ rayonunda yerləşən 14 nömrəli Cəzaçəkmə Müəssisəsində məhkumlardan ibarət komandalar arasında “Breyn-rinq” intellektual oyunu keçirilib.

Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən bildiriblər.

Tədbirin açılış mərasimində çıxış edən Cəzaçəkmə müəssisəsinin rəis müavini ədliyyə polkovnik-leytenantı Natiq Mehdiyev qeyd edib ki, Qaradağ rayon Gənclər və İdman İdarəsi ilə birgə tərtib olunmuş tədbirlər planına əsasən məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və eyni zamanda, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən müxtəlif idman növləri üzrə yarışlar keçirilir və “Breyn-rinq” də həmin oyunlardan biridir.

Açılış mərasimindən sonra komandalar oyunun qayda və şərtləri ilə tanış ediləndən sonra yarışa start verilib.

Bilik yarışının birinci və ikinci mərhələlərində komandaların göstərdikləri nəticələrə əsasən “Zəngəzur”, “Azadlıq”, “Qaradağ” və “Şirvan” komandaları finalda iştirak etmək hüququ qazanaraq mübarizəni davam etdiriblər. Daha yüksək hazırlıq nümayiş etdirən “Zəngəzur” komandası birinci yerə layiq görülüb. İkinci yerə “Qaradağ” , üçüncü yerə “Şirvan” komandası çıxıb.

Qalib komandalar müvafiq dərəcəli diplomlar və hədiyyələrlə mükafatlandırılıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.