İQTİSADİYYAT


Mehmet Cahit Turhan: Xəzər İnnovasiya Konfransı yeni əməkdaşlıqlara vəsilə olacaq

Bakı, 5 dekabr, AZƏRTAC

Xəzər İnnovasiya Konfransı yeni əməkdaşlıqların qurulmasına vəsilə olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan dekabrın 5-də "Bakutel-2018" beynəlxalq sərgisi çərçivəsində keçirilən Xəzər İnnovasiya Konfransındakı çıxışında deyib.

Nazir qeyd edib ki, ölkəsi və türk şirkətləri İKT sahəsində mühüm nailiyyətlər əldə edib: "Bu konfrans regionda və qlobal miqyasda İKT sektorunun iştirakçısı olan şirkətlərin təcrübə mübadiləsi aparmalarına töhfə verəcək. Həmçinin bu platforma yeni əməkdaşlıqlara vəsilə olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.