Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub VİDEO

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında ölkəmizin ictimai-siyasi həyatının mühüm sahələrini özündə əks etdirən müxtəlif layihələrin reallaşdırılması ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da növbəti layihənin – “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı elektron nəşrin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər gördüyünü bildirib. O, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin artıq Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın qonşu ölkələri də daxil olmaqla, geniş bir coğrafiyanı əhatə etdiyini və bu coğrafiyanın gündən-günə genişləndiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, Prezident Kitabxanasının abunə olunduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.

Bildirilib ki, təqdim olunan elektron nəşr altı əsas bölmədən - “Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili” bölmələrindən ibarətdir. İstifadəni asanlaşdırmaq üçün hər fəsildəki materiallar mənbəyi göstərilməklə illər üzrə xronoloji ardıcıllıqla verilib.

Elektron nəşrin ana səhifəsində birinci xanımın qısa bioqrafiyası, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası təqdim olunur.

Birinci bölmədə Azərbaycan mədəniyyətinin böyük hamisi kimi Mehriban Əliyevanın muğam sənətinə qayğısı, bu qeyri-maddi irsimizin xarici ölkələrdə təbliği, bir sıra beynəlxalq musiqi festivallarının keçirilməsi ilə bağlı təşəbbüsləri, “Eurovision” musiqi yarışmasında ölkəmizin yüksək səviyyədə iştirakına verdiyi dəstək və digər xidmətlərinə dair materiallar toplanıb.

İkinci bölmədə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi idmanın bu spesifik növünün inkişafına göstərdiyi qayğı, Bakıda keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi böyük təşkilatçılıq fəaliyyəti, Azərbaycanın idman ölkəsi kimi tanınması sahəsində gərgin əməyi barədə mətbuat səhifələrində dərc olunmuş materialların tam mətnləri öz əksini tapıb.

Azərbaycanın birinci xanımının fəaliyyəti nəinki ölkəmizdə, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən də çox yüksək səviyyədə təqdir olunur və qiymətləndirilir. Xeyirxahlıq, humanizm, sosial ədalət prinsiplərinə sadiqlik, yüksək mədəni dəyərlərə söykənən çoxşaxəli fəaliyyət Mehriban Əliyevanın birinci xanım kimi portretinin əsas cizgiləridir. Birinci xanım statusunda onun 2003-cü ildən başlayan fəaliyyətinə dair bütün materiallar - görüşləri, müsahibələri, çıxışları, səfərləri, eləcə də onun haqqında olan müəllif yazıları elektron nəşrin üçüncü bölməsində toplanıb.

Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində gördüyü işlər dördüncü bölmədə öz əksini tapıb. Fəaliyyət sahəsinin genişliyi nəzərə alınaraq, resursda toplanmış materiallar iki bölmədə təqdim olunur. Birinci bölmədə Fondun prezidenti kimi Mehriban Əliyevanın bilavasitə fəaliyyətinə dair materiallar, ikinci bölmədə isə Fondun vitse-prezidenti Leyla Əliyevanın, eləcə də digər rəhbər işçilərinin iştirakı ilə keçirilən tədbirlərə dair materiallar toplanıb.

Beşinci bölmədə birinci xanımın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti ayrı-ayrılıqda təqdim olunur. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində gördüyü işlərə dair materiallar, müəllif yazıları öz əksini tapıb.

Milli Məclisin deputatı Mehriban Əliyevanın bu sahədəki fəaliyyətinə dair materiallar altıncı bölmədə toplanıb. Bu bölmədə, həmçinin onun Azərbaycanın Avropa ölkələrinin parlamentləri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətindəki fəaliyyətinə dair mətbuat səhifələrində dərc olunmuş materiallar da istifadəçilərə təqdim edilir.

Artıq 2000-dən çox materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr  http://www.mehribanaliyeva.preslib.az domeni vasitəsilə istifadəçilərə təqdim olunur.

Daha sonra elektron nəşrlə bağlı müzakirələr aparılıb. 

Müzakirələr zamanı çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli təqdim olunan elektron nəşrin əhəmiyyətindən, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi ilə mədəniyyət, səhiyyə, elm, təhsil, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələrdən, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərdən, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfədən danışıblar. Vurğulanıb ki, Mehriban Əliyevanın diqqətindən kənarda heç bir sahə qalmır. O, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu bu gün dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mehriban Əliyeva xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul edib. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət məramı dayanır. Bildirilib ki, təqdimatı keçirilən bu elektron nəşr alimlər, tədqiqatçılar, tələbələr daxil olmaqla geniş oxucu kütləsi üçün zəngin mənbədir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları elektron nəşrlə bağlı fikirlərini bildiriblər. Onlar birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti ilə bağlı çoxsaylı materialların sistemləşdirilərək oxuculara təqdim olunmasının əhəmiyyətini qeyd ediblər. Müzakirələr zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, Vətənə və xalqa sevgisi, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq gördüyü işlər və s. məsələlərdən söhbət açılıb.

“Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” elektron nəşrinin təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb