RƏSMİ XRONİKA


Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

Bakı, 12 dekabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

“Bu gün - 12 dekabr müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin