Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mehriban Vəliyeva: Təhsildə məzmun islahatlarının dərinləşdirilməsi əsas hədəflərdəndir

Mehriban Vəliyeva: Təhsildə məzmun islahatlarının dərinləşdirilməsi əsas hədəflərdəndir

Bakı, 14 sentyabr, AZƏRTAC

Bir neçə gündən sonra təhsil ocaqları qapılarını hər kəsin həsrətlə gözlədiyi ənənəvi təhsillə şagirdlərin üzünə açacaq. Builki tədris ilini müəllimlər və şagirdlər qalib dövlətin, qalib xalqın övladları kimi qarsalayırlar. AZƏRTAC yeni tədris ilinin başlanması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın müsahibəsini təqdim edir.

- Paytaxt məktəbləri yeni dərs ilinə necə hazırlaşıb?

- Cəmiyyətin hərəkətverici qüvvəsi kimi qəbul olunan təhsilin ənənəvi məcraya dönüşü hamımızı sevindirir. Yeni dərs ili münasibətilə şagirdləri, müəllimləri və valideynləri təbrik edir, yeni-yeni uğurlar, möhtəşəm nailiyyətlər arzulayıram. Yola saldığımız 2020-2021-ci dərs ili Azərbaycan təhsilinin çox ciddi sınaq ili kimi yadda qaldı. COVID-19 pandemiyasının başlanması ilə həyatımızda hər şey dəyişdi. Gündəlik alışqanlıqlarımızı, adət etdiyimiz normal yaşam tərzimizi pandemiyanın gətirdiyi yeni qaydalara uyğunlaşdırmaq məcburiyyətində qaldıq. Virus, sadəcə, məhdud bir coğrafiyaya deyil, bütün bəşəriyyətə yeni normalar gətirdi, yüz illərdir qurulan bir sistemin, bir sözlə, bütün dünyanın düzəni dəyişdi. Pandemiyadan təsirlənən sahələri sadalamağa başlasaq, yəqin hər kəs razılaşar ki, təhsil sahəsi ən birinci sıralarda qərarlaşar. Təsadüfi deyil ki, qapanmalar başlananda insanları hər şeydən əvvəl düşündürən sual bu oldu: “Məktəblər necə olacaq?”, “Məsafədən təhsil şagirdlərin gələcək inkişafına necə təsir göstərəcək?” və digər bu kimi suallar narahatlıq yaratmağa başladı. Ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda Təhsil Nazirliyinin qarşısında bir prioritet məsələ var idi, o da ən ucqar bölgədə yaşayan şagird belə təhsildən uzaq düşməsin, məsafədən də olsa təhsil hər bir şagird üçün əlçatan olsun. Bütün bu proseslər, keçilən yol cəmiyyətin gözü qarşısında baş verdi. Odur ki, təkrarçılıq olmasın deyə onlar üzərində geniş dayanmaq istəmirəm. Sadəcə, onu bildirmək istərdim ki, təhsilin davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımlar onu göstərdi ki, ən çətin sınaqlarda belə hədəfimiz fasiləsiz təhsili təmin etmək, təhsildə keyfiyyətin artırılmasına nail olmaqdır.

Bəli, qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var. Ölkədəki yoluxma dinamikası, mövcud durum dəyərləndirilərək verilən qərara əsasən, ənənəvi təhsil mərhələli şəkildə təşkil olunacaq. Sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V- XI siniflər əyani tədrisə başlayacaq. Nəhayət ki, yeni tədris ilini hər birimizin arzuladığı ənənəvi təhsillə açırıq. Bütün səylər, bütün imkanlar da məhz bu məqsədə nail olmaq üçün səfərbər olunub. Təhsil işçilərinin vaksinasiyası da əyani tədrisə keçid üçün qarşıya qoyulan məqsəddir. Bu ilin əvvəlində ölkədə vaksinasiyaya start veriləndə təhsil işçiləri prosesə qoşulan ilklərdən oldu, çünki hamımız bilirik ki, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır. Sevindirici haldır ki, paytaxtın təhsil işçilərinin 80 faizə yaxını, daha dəqiq desək, 28 min 662 nəfəri COVID-19-a qarşı peyvənd olunub və proses davam etdirilir. Daha məsuliyyətli bir tədris ili deyəndə həm də onu nəzərdə tuturuq ki, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyur. Valideyn səhər övladını məktəbə yola salır, məktəbin qapısından içəri daxil olan hər bir şagirdin təhlükəsizliyindən artıq məktəb və müəllim cavabdehdir. Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq.

-Yeni tədris ilində Bakı məktəblərinin I sinfində nə qədər şagird təhsil alacaq?

- Bilirsiniz ki, artıq uzun müddətdir həm məktəbəhazırlıq qruplarına, həm də I siniflərə qəbul elektron sistem vasitəsilə aparılır. Bu, məktəblər və müəllimlər üçün sağlam rəqabət mühiti yaratmaqla yanaşı, həm də şəffaflığın təmin olunmasına, vətəndaş məmnuniyyətinə zəmin yaradır, sosial ədalət prinsipinə əsaslanır, məktəbləri və valideynləri elektron xidmətlərin fəal iştirakçısına çevirir. Yeni dərs ili üçün 49 min 171 şagird elektron qeydiyyatdan keçib. Onlardan 48 min 786 nəfəri ümumi təhsil məktəbləri, 385 nəfəri isə lisey və gimnaziyalar üzrədir. Məktəbəhazırlıq qruplarına gəlincə, paytaxtın 276 ümumi təhsil müəssisəsində ümumilikdə 1175 qrupun yaradılması, 22 min 969 beşyaşlının məktəbəhazırlığa cəlb olunması gözlənilir.

- Ötən dərs ilində tədrisin böyük bir qisminin məsafədən həyata keçirilməsi, müəyyən bir müddət əyani təhsilə keçid, eyni zamanda, dərslərin hibrid formada təşkilinin keyfiyyətə, müvəffəqiyyət göstəricilərinə təsiri haqqında nə deyə bilərsiniz?

- Əvvəldə də qeyd etdiyim kimi, təhsilin məsafədən təşkili cəmiyyətdə müəyyən narahatlıqlar yaradırdı. Hər kəs öz övladının gələcəyi, bu proseslərin onların təhsil həyatında yarada biləcəyi vəziyyətdən nigarançılıq yaşayırdı. Lakin həmin dönəmdə bütün dünya ölkələrinin seçimi məhz distant təhsil idi. Doğrudur, məsafədən təhsilin müəyyən üstünlükləri var və yaşanan təcrübə də bunu sübut etdi. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, iqtisadi səmərə, məsafə, vaxta qənaət, təhsilin kütləviliyi və digər amillər distant təhsilin üstünlüklərindəndir. Bütün bunlara baxmayaraq hamımız düşünürük ki, ənənəvi təhsil əvəzolunmazdır. Şagirdlərin məktəbdə, sinif otaqlarında canlı ünsiyyətdə təlim-tərbiyə prosesinə qoşulması vacib amildir. Amma yaddan çıxarmayaq ki, oxumaq, öyrənmək həvəsi olan, öz gələcəyi naminə qarşısına məqsəd qoyan şagird üçün təhsilin məsafədən olması və bu kimi faktorlar maneəyə çevrilə bilməz. Necə ki, paytaxt məktəbliləri bunu öz nailiyyətləri ilə sübut etdilər. 2 min 284 şagirdimiz 2020-2021-ci tədris ilini fərqlənmə attestatı ilə bitirdi, 21 məzunumuz qızıl, 9 məzunumuz gümüş nişana layiq görüldü. Hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən Bakı məktəbliləri bu il də bu ənənəyə sadiq qaldılar. Bu nəticələr bir daha deməyə əsas verir ki, heç bir səbəb oxumaq əzminin qarşısına keçə bilməz.

- Paytaxt məktəblərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində hansı işlər görülüb?

- Qeyd edim ki, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Unutmayaq ki, infrastruktur keyfiyyətin əsasıdır. Abad, səliqəli, yeni məktəb binasında, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında təhsilin keyfiyyəti də, şübhəsiz, yaxşı olacaq. Bu baxımdan paytaxtın bir sıra məktəbləri əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri aparılıb. Dəqiq rəqəmlərlə desək, 5 yeni məktəb tikilib, 3 yeni məktəbinsə tikintisi hazırda davam etdirilir. Yeddi məktəbdə əsaslı təmir, əlavə korpusun tikintisi işləri artıq tamamlanıb, 1 məktəb sökülərək yenidən tikilib, 74 məktəbdə isə cari təmir işləri aparılıb. Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ili ərəfəsində məktəblərə 1 milyon 784 min 51 ədəd dərslik çatdırılıb, 50 min 627 ədəd metodiki vəsait isə müəllimlərə təqdim edilib.

- 2021-2022-ci tədris ilinin əsas prioritetləri nədən ibarətdir?

- Bu ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə dair Sərəncamda xüsusi olaraq vurğulanır ki, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Qeyd olunur ki, erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir. Həmçinin cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşməsi, inteqrativ tədris təcrübəsinin inkişaf etdirilməsi Sərəncamda öz əksini tapır. Vurğulanır ki, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. Sənəddə qeyd olunan bütün bu hədəflər milli təhsilimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından müstəsna əhəmiyyət daşıyır. Yeni dərs ilində mövcud pandemiya şəraitindən irəli gələn qaydaların məktəblərdə tətbiqinə ciddi nəzarət olunması, Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi, gənc nəslin Zəfər tarixi ruhunda vətənpərvərlik və milli-mənəvi dəyərlərə uyğun tərbiyəsi, habelə keyfiyyət artımının təməli hesab olunan ümumi təhsilin məqsədyönlü inkişafı, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, məzmun islahatlarının dərinləşdirilməsi əsas hədəflərdir. Həmçinin fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, xarici dillərin tədrisi ilə bağlı mövcud vəziyyətin araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, dərsdənkənar məşğələlərdə mövcud durum nəzərə alınmaqla yeni istiqamətlərin təyin olunması, məktəblilərdə tədqiqatçılıq bacarığının artırılması, onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas hədəflər sırasındadır. Digər tərəfdən, böyük qürur hissi ilə deyə bilərik ki, ötən dərs ilində Azərbaycan Ordusunun Qarabağ zəfərinə də şahidlik etdik. Qalibiyyətlə yekunlaşan Vətən müharibəsi Azərbaycan təhsilinin inkişafı üçün də yeni üfüqlər açdı. Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən mütəmadi olaraq “Azərbaycan Ordusunun Vətən müharibəsindəki zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə” mövzusunda onlayn dərslər keçirildi. Növbəti tədris ilində də bu tendensiyanı davam etdirəcəyik, çünki Vətənimizə qalibiyyəti qazandıranlara ehtiram, vəfa borcumuz var. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı Qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı məlumatların bütün fənlərin məzmununa uyğun şəkildə inteqrasiyası da qarşıya qoyulan hədəflərdəndir.

- Yeni tədris ilində öyrənənlərə, öyrədənlərə, ümumiyyətlə bu prosesdə iştirakı olanlara sözünüz?

- Mən ilk növbədə, bizimlə bu təhsil marafonuna qoşulan hər kəsi Bilik Günü münasibətilə təbrik edir, onlara uğurlu, sözün yaxşı mənasında yaddaqalan təhsil ili arzulayıram.

Nobel sülh mükafatçısı Malala Yusifzayın bir sözü var, deyir “Bir şagird, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər”. Nahaq yerə uşaqlar gələcəyimizdir demirik. Hər bir uşaq gələcəyin alimi, ixtiraçısı, tədqiqatçısıdır. Onların arasında durmadan dəyişən, qloballaşan dünyamıza töhfələr vermək əzmində olan, yenilikçi ruhlu, bacarıqlı neçə-neçə uşaq, gənc var. Dünyamıza töhfələr verəcək o gəncləri niyə də biz yetişdirməyək? Hələ çox gənclərimizin məktəblə başlayan kiçik addımları onları daha böyük yollara qovuşduracaq. Önəmli olan öyrənmək istəyi, bilik-bacarıqları artırmaq həvəsinin olmasıdır. Unutmayaq ki, müasir dünya çox hərəkətlidir, daim inkişafda olmağı tələb edir. Biz adətən təşəbbüslərin, ideyaların məktəbdən, müəllimdən gəlməsinə öyrəşmişik. Lakin arzuolunan nəticənin əldə olunması üçün şagird, müəllim və valideyn üçbucağının birgə səyləri olduqca əhəmiyyətlidir. Bu yaxınlarda maraqlı bir yazı oxudum. Onu oxucularımızla da bölüşmək istərdim. Nobel mükafatçısı olan bir professora tələbələrindən biri belə bir sual verir: “Necə oldu ki, mükafata siz layiq görüldünüz, sizi digərlərindən fərqləndirən nə idi?“. Professor cavab verir ki, bütün bunlara görə anama borcluyam. Çünki məktəbdən evə qayıdarkən bütün uşaqların anası “Müəlliminin verdiyi suallara cavab verə bildinmi? soruşduğu halda, mənim anam “Bu gün müəlliminə hansı sualı verdin?”, - deyə soruşurdu. “Hər zaman digərlərinin soruşmadığı sualları verdim və ömürboyu da soruşaraq öyrənməyə davam etdim. Bax, budur məni digərlərindən fərqləndirən”, - deyə Nobel mükafatçısı cavab verir. Təşəbbüskarlıq, öyrənmək istəyi deyəndə nəzərdə tutduğum da məhz ailədən gələn təkan, şagirdin əzmkarlığı və müəllimin öyrətmək vəzifəsinin birlikdə uğurlu nəticələrə gətirib çıxaracağına inanmaqdır.

Sonda bir daha yeni dərs ilində bütün təhsilalanlara, müəllimlərə və valideynlərə uğurlar, birgə səmərəli əməkdaşlıq arzu edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib