ELM VƏ TƏHSİL


Mehriban Vəliyeva: Yeni tədris ilindən 215 məktəbdə elektron jurnal və gündəlik tətbiq olunacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Yeni tədris ilindən Bakı şəhərində 215 məktəbdə elektron jurnal və elektron gündəlik tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu “Media və təhsil dialoqu” mövzusunda təlimdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, bu proses mərhələli şəkildə həyata keçiriləcək. Bir sıra məktəblərdə müvəqqəti olaraq həm elektron, həm də ənənəvi jurnal olacaq. Keçən il paytaxt üzrə 94 məktəbdə elektron jurnal xidməti tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.