İDMAN


“Məhsul” və “Bakı” komandaları rəqibləri üzərində asan qələbə qazanıblar

Bakı, 27 noyabr, AZƏRTAC

Kişi həndbolçuların ölkə çempionatında mübarizəsi davam edir.

AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarışın dördüncü turunda U-16 komandası ilə qarşılaşan “Məhsul”un qələbəsi şübhə doğurmurdu. Belə ki, çempionatın favoriti gənc həndbolçulardan ibarət rəqibinə çətinlik çəkmədən qalib gəlib – 39:15.

Son ölkə çempionu “Bakı” da turu qələbə ilə başa vurub. Nominal qonaqlar “Təhsil” komandasını 37:20 hesabı ilə məğlub ediblər.

“Məhsul” 4 oyundan 8 xalla turnir cədvəlinə başçılıq edir. “Bakı” 6 xalla ikinci, “Təhsil” 2 xalla üçüncü yerdədir. U-16-nın isə aktivində xal yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.